Printer satışı

Hər bir ofisdə, istənilən vaxt istifadə edilə biləcək bir printer olmalıdır.

ardı

Digər tərəfdən, cihazın əsas funksiyası, yüksək təzyiq ilə istifadə ediləsə bele, çap keyfiyyətində heç bir problem yaşatmamalıdır. Bizim printer çeşidimizdə tanınmış istehsalçıların printerlərini şəxsi istifadə üçün və ofis üçün tapa bilərsiniz. Çox mətn və ya fotoşəkilləri çap edirsiniz? Lazer, iynə və ya inkjet printerləri arasında seçim edirsiniz? CompShop – da növündən asılı olmayaraq bütün printerləri rahatlıqla sifariş edlə bilərsiniz.

gizlət

Kompüter texnikası / Printerlər

Showing all 7 results

Filter

Çoxfunksiyalı printer

Şirkət və ya ev, çoxfunksiyalı printer bütün ofis çap fəaliyyətlərində sizə dəstək verir. Xüsusiyyətlərinə çap, skan, kserokopiya və sənədləri fakslaşdırma daxildir. Ancaq 3-in-1 və 4-in-1 cihazlar arasında fərq var. Çox funksiyalı printerlərin çoxu öz şəbəkələrinə inteqrasiya oluna biləcəkləri ilə də xarakterizə olunur. Bu, müxtəlif işlərin eyni zamanda printerə göndərilməsinə ehtiyac olsa belə, birdən çox əməkdaşın bir cihazı paylaşmasına imkan verir. Kompüterinizi istifadə etmədən, sürətli bir şəkildə çap etmək istəsəniz, USB yaddaş kartı yuvasına malik bir cihaz lazımdır.

Lazer printerlər

Lazer printerlər yalnız parlaq rəngli çaplar ilə tanınmır, həm çapı sürətli etdiyi üçün, həm də  keyfiyyəətli və kəskin etdiyi üçün tanınır. Bu həm ofis üçün istifadəsi, həm də evdə istifadə üçün uyğun bir printer tipi formalaşdırır. Lazer printerlər çox sürətli və səssiz işləyir. Və bununla bele qiymətləri çox ucuzdur.

İnkjet printerlər (çernil)

Evdə istifadə üçün sadə bir inkjet printer kifayətdir, bu printerlər də A4 ölçüsünə qədər kağız çap edə bilər. Fotoşəkillərlə parlaq broşuralar və ya təqdimat materialı çap etmək üçün yararlıdır. Çernil printerlər sürət baxımından bir az zəif olsalar da, qənaət və toner dolumu baxımından üstündürlər.

Printer qiymetleri

Printerlərin qiyməti, əsasən onların funksionallıqları ilə birlikdə dəyişkənlik göstərir. Ucuz printer almaq, çapda keyfiyyətsizlik görəcəyinizi bildirmir. Hal hazırda çox aşağı qiymətə belə, kifayət qədər yaxşı printer almaq mümkündür. CompShop internet mağazasında printer qirmətləri ilə tanış olub, işinizi rahatlıqla həll edə biləcəyiniz printerləri ucuz qiymətə tapa bilərsiniz.

Printer satisi

Doğru printer seçərkən, optimal istifadəyə görə bəzi xüsusiyyətlərə diqqət etmək vacibdir. İlk öncə hansı ehtiyaclarınızın olduğunu və hansı printerin bu ehtiyacları qarşılaya biləcəyini təyin etmək lazımdır. Daha sonra uyğun printerlər arasında seçim edib, printeri ala bilərsiniz.

Aşağıdakı parametrlərə istifadə şəraitini nəzərə almaqla xüsusi diqqət edilməlidir:

  • Rəngli və ya ağ-qara
  • Qoşulma interfeysləri
  • Çap sürəti
  • Simsiz qoşulma

Hamı üçün bir printer

Evdə və ya ofisdə bir neçə kompüter mövcuddursa, müvafiq printer sayını almaq lazım deyil. Ən müasir qurğular ağıllıdır, belə ki, onlar özəl və ya peşəkar şəbəkəyə inteqrasiya edilə bilər. Lakin, istədiyiniz printerin verilmiş əməliyyat sistemlərinə uyğun olduğundan əmin olmalısınız. Seçərkən cihazın nə qədər tezlikdə istifadə edildiyini də nəzərə almalıyıq.

Printer almaq

Printer çeşidlərinə bir az diqqət etsəniz, fərqli istifadə şəraitləri üçün, fərqli printerlərin var olduğunu görürük. Tez-tez şəkil çap edən biri üçün, inkjet printer almaq daha sərfəli və uyğun olacaq. Az hallarda nə isə çap edən istifadəçilər üçün isə, (rəngli) lazer printerlər tövsiyə olunur, çünki uzun müddət istifadə edilmədikdə burada quruyacaq heç bir şey yoxdur. Bir çox mətni çap etdirdiyinizdə və rəngli çapa ehtiyac olmadıqda, bir monolaser printer almaq tövsiyə olunur. Evdə və ya ofistanda daha mürəkkəb əməliyyatlar üçün, çoxfunksiyalı və ya all-in-one printer modellərinə baxın. Bütün bunları nəzərə alaraq, ilk öncə tətbiq sahəsini düzgün təyin edin və printer alarkən sizin üçün ən uyğun printer modelini seçin.